"Liverpul"un futbolçusu Luis Diasın klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.
Offsideplus.az xəbər verir ki, kolumbiyalı vinger Mersisayd təmsilçisi ilə yeni sözləşmə imzalamaq istəyir. O, həmçinin Səudiyyə Ərəbistanına transfer olmaq ehtimalını da düşünür.
Bu barədə "TBR Football" portalı məlumat yayıb.
Dias 2022-ci ilin yanvarından "Liverpul"da çıxış edir. O, cari mövsümdə 46 oyunda 15 qol vurub və 8 məhsuldar ötürmə edib.



