Misli Premyer Liqasında gümüş medalların bir addımlığında olan “Zirə” Azərbaycan çempionatlarında 350-ci qolunu vurub.
Offsideplus.az xəbər verir ki, paytaxt klubu bu uğura dünən yarışın XXXI turunda "Sumqayıt"la görüşdə (3:1) nail olub.
Həmin matçda hesabı açan Georgi Papunaşvili yubiley qolunun müəllifinə çevrilib.
"Qartallar" milli çempionatlarımızda evdə 193, səfərdə isə 159 dəfə fərqləniblər. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Premyer Liqada 350 və daha çox qol vuran 12-ci komandadır.
Onu da əlavə edək ki, “Zirə”nin Azərbaycan çempionatında ilk qoluna 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi imza atıb.



