ABŞ yığması Kanadanı məğlub edərək dünya çempionu olub.
Offsideplus.az xəbər verir ki, Amerikanın qadınlardan ibarət hokkey milli komandası əlavə vaxtda vurduğu qolla gərgin keçən matçda çempionluğu qazanıb - 4:3.
Kanada görüşdə iki dəfə geri dönüş etməyi bacarsa da, sonda məğlubiyyət ilə üzləşməli olub.
ABŞ ümumilikdə 11-ci dəfə dünya çempionu olmağı bacarıb. Rekordçu isə Kanada yığmasıdır. Onlar 13 dəfə titulun sahibi olub.



