Azərbaycan Basketbol Liqasında bu gün daha 2 görüş baş tutub.
Offsideplus.az xəbər verir ki, hər iki qarşılaşma paytaxta keçirilib. "Sabah" "Sərhədçi"nin qonağı olub, "Ordu" isə "Neftçi"ni qəbul edib. Qarşılaşmalar 19:00-da start götürüb. "Sabah" və "Neftçi" komandaları seriyada 2 qələbə qazanaraq yarımfinala yüksəlib.
21 aprel, pley-off
19:00 "Sərhədçi" - "Sabah" 77:104 (11:29; 21:33; 24:20; 21:22)
Seriyada hesab 0:2
Sərhədçi İdman Mərkəzi
19:00 "Ordu" - "Neftçi" 54:88 (11:22; 7:18; 11:24; 25:24)
Seriyada hesab 0:2
Bakı İdman Sarayı



