"Real" klubu "Mançester Siti"nin yarımmüdafiəçisi Rodrini transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, lakin, ispaniyalı futbolçu "şəhərlilər"də xoşbəxt olduğu üçün bu keçidə müsbət yanaşmır. O, MS-də qalacaq.
Bu barədə "Sport Bild) məlumat yayıb.
Rodri 2019-cu ildən "Mançester Siti"də çıxış edir. O, bu mövsüm zədəyə görə cəmi 3 oyunda meydanda olub.
Əlavə edək ki, 28 yaşlı futbolçu "Qızıl top"un sonuncu sahibidir.



