"Milan"ın baş məşqçisi Serjiu Konseysau yayda komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, onun durumunda dəyişiklik yoxdur. Portuqaliyalı mütəxəssis növbəti mövsüm komandada olmayacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Konseysau ötən ilin sonlarından "Milan"ı çalışdırır. O, "qırmızı-qaralar"a İtaliya Superkubokunu qazandırıb.



