"Bavariya" klubu performansından məmnun olmadığı Kim Min Ce ilə yolları ayırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, Münhen təmsilçisi koreyalı müdafiəçi üçün gələn təklifləri dəyərləndirəcək.
Bu barədə "Sky DE" portalı məlumat yayıb.
Kim 2023-cü ilin yayında "Bavariya"ya qoşulub. Almaniya klubu onun üçün "Napoli"yə 50 milyon avro ödəyib.
Koreyalı futbolçu cari mövsümdə 41 oyunda 3 qol vurub.