"Betis" klubu Antoninin icarə müddətini daha bir il uzatmaq istəyib.

Offsideplus.az xəbər verir ki, lakin bu təklif "Mançester Yunayted" tərəfindən qəbul edilməyib. "Qırmızı şeytanlar" braziliyalı futbolçu yalnız birdəfəlik komandanı tərk edə biləcəyini İspaniya klubuna bildirib.

Bu barədə "Mirror Football" məlumat yayıb.

Antoni bu ilin yanvarında "Betis"ə qoşulub. O, "ağ-yaşıllar" heyətində 15 oyunda 4 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

"Betis" onu gələn mövsüm komandada saxlamaq üçün əlindən gələni edəcək.