"Sabah" basketbol komandası Çempionlar Liqasında bu gün mübarizəyə start verəcək.

Offsideplus.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv təsnifat mərhələsində İsveçin "Norrçepinq Dolfins" klubu ilə üz-üzə gələcək.

Bu raundun 1/4 final görüşü Türkiyənin Antalya şəhərindəki "Gloria Sports Arena"da təşkil olunacaq.