Türkiyənin "Beşiktaş" klubu gənc hücumçusu Semih Kılıçsoyun dəyərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçuya Premyer Liqadan təkliflər var. "Nyukasl" və "Aston Villa" onunla yaxından maraqlanır.
"Qara qartal" Semihi 20 milyon avrodan aşağı satmağı düşünmür.
"Aston Villa" ötən yayda onunla maraqlansa da, bu keçid baş tutmamışdı.
O, cari mövsümdə 37 oyunda 4 qol vurub və 6 məhsuldar ötürmə edib.