"Qalatasaray"ın icarə əsasında heyətinə qatdığı Viktor Osimhen karyerasını digər Türkiyə nəhəngində davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist İbrahim Seten bilgi verib.
Məlumata görə, ulduz futbolçu "Fənərbağça"nın maraq dairəsindədir. "Sarı bülbüllər" transfer üçün "Napoli" rəhbərliyi ilə danışıqlara başlayacaq. Bunun üçün xüsusi sponsorluq müqaviləsi imzalanması da şübhə doğurmur.
Qeyd edək ki, Osimhen cari mövsüm əvvəlindən etibarən "Cimbom"un şərəfini qoruyur.