"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, məlumatı "Fichajesd" yayıb.
Mənbəyə görə, türkiyəli oyunçu "Real Sosyedad"ın diqqət mərkəzindədir. İspaniya klubunun bu transfer üçün 7 milyon avro təklif edəcəyi bildirilir.
Qeyd edək ki, Yunus Akgün bu mövsüm "Qalatasaray"ın heyətində 13 oyun keçirib. O, 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.