Super Liqa təmsilçisi "Antalyaspor" mövsümün əvvəlində böyük ümidlərlə komandaya cəlb etdiyi baş məşqçi Aleks de Souza ilə yollarını ayırmağı planlaşdırır.
Offsideplus.az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Mənbəyə görə, Anadolu təmsilçisi Emre Belözoğlu ilə danışıqlara başlayıb və müsbət cavab alıb. Çalışdırıcı ilə 2 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Aleks de Souza "Antalyaspor" ilə 9 matçda cəmi 2 qələbə qazanıb.