"Fənərbağça" ilə müqaviləsi başa çatdıqdan sonra "Qalatasaray"a keçid edən Mişi Batşuayi maraqlı açıqlama verib.
Offsideplus.az xəbər verir ki, informasiyanı UEFA TV yayıb. Təcrübəli forvard bunları söyləyib:
"İstanbul çox gözəl şəhərdir. Burada unikal abidələr, çoxlu gözəl yerlər və heyrətamiz restoranlar var. Bu ölkə üçün futbol çox önəmlidir. Özümü evdə hiss edirəm, ailəm də. Bu mənim üçün ən vacib şeylərdən biridir".
Qeyd edək ki, sözügedən futbolçu cari mövsümdən etibarən "Qalatasaray"ın şərəfini qoruyur.


