"Fənərbağça"nın futbolçusu Ceyden Osdervolde üçün mövsüm artıq başa çatıb.

Offsideplus.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Joze Mourinyo, UEFA Avropa Liqasının qrup mərhələsində "Mançester Yunayted"lə keçirəcəkləri oyun ərəfəsində mətbuat konfransında bunu açıqlayıb. Mor 23 yaşlı müdafiəçinin zədəsinin ciddi olduğunu qeyd edərək, "Mayda 1-2 oyun üçün qayıtsa, bu, sürpriz olacaq" dedi.

Osdervolde 2023-cü ildən "Fənərbağça"nın uğurları üçün çalışır.