Joze Mourinyonun İstanbulda hər gecə yediyi nahar menyusu İngiltərə mətbuatında əksini tapıb.
Offsideplus.az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Məlumata görə, Mourinyoya "Fənərbağça" rəhbərliyi tərəfindən şəhərin ən yaxşı evini kirayə tutmaq təklif edilsə də, öz təbirincə desək, işini tez bitirməyi sevdiyi üçün oteldə qalmağa üstünlük verib. Yemək bişirməkdə o qədər də bacarıqlı olmadığını deyən Mourinyo hər gecə otel işçilərinin bir qədər təəccüblü və gülməli göründüyü eyni menyuya üstünlük verir: Toyuq şorbası, marqarita pizzası, dondurma və mineral su.
Qeyd edək ki, Mour cari mövsümdən etibarən "Fənərbağça"nın uğurları üçün çalışır.