"Bayern" futbolçusu Saşa Boe karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.

Məlumata görə, "Qalatasaray" sağ cinah müdafiəçisi ilə maraqlanır. İstanbul nəhəngi yanvar ayında icarə əsasında sabiq oyuncusunu heyətinə qatmaq istəyir.

Qeyd edək ki, sözügedən futbolçu 2021-2024 -ci illərdə "Qalatasaray"ın uğurları üçün çalışıb.