"Fənərbağça" ilə mövsümə uğurlu başlamayan Joze Mourinyo rəhbərlik tərəfindən istefaya göndərilərsə, qarşılığında nə qədər təzminat alacağı məlum olub. 

Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssisin vaxtsız gedişi İstanbul klubuna 30 milyon avroya başa gələcək. 

Qeyd edək ki, Mor indiyənə qədər çalışdığı komandalardan ümumilikdə 85,5 milyon funt-sterlinq təzminat alıb.