"Roma"nın futbolçusu Nikolo Zalevskin karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, informasiyanı "Fanatik" yayıb.
Məlumata görə, polşalı cinah müdafiəçisi "Beşiktaş"ın diqqət mərkəzindədir. Tərəflər arasında danışıqlar aparılır. Eyni zamanda "Qalatasaray" 22 yaşlı polşalı futbolçunu mövsümün əvvəlində heyətinə qatmaq istəsə də, transfer baş tutmayıb.
Qeyd edək ki, Nikolo Zalevski 2021-ci ildən "Roma"nın uğurları üçün çalışır.