"Qalatasaray" yay "transfer pəncərəsi"ndə Viktor Osimheni icarə əsasında komandaya cəlb etmişdi.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" yanvarda ulduz futbolçunun transfer hüququna sahib olmağı düşünür. Bu barədə İtaliya mediasında "Corriere dello Sport" məlumat yayıb.

İnformasiyada Osimhenin İstanbulda çox xoşbəxt göründüyü, tez-tez formasını öpdüyü azarkeşlər və şəhər haqqında müsbət sözlər işlətdiyi diqqətə çatdırılıb.

Oyunçunun sərbəstqalma dəyəri 75 milyon avrodur. Ancaq yanvar ayında "aslanlar"dan başqa hansısa klub nigeriyalını transfer etmək istəsə, məbləğ 81 milyona qalxacaq və bunun 6 milyonu Türkiyə təmsilçisinə təzminat olaraq ödənəcək. 

"Cim Bom" isə zaman fərq etmədən 75 milyon avro ödəməklə keçidi həll edə bilər. "Qalatasaray" rəhbərliyinin dövrələrarası fasilədə Osimhen uğrunda "Çelsi" ilə mübarizə aparacağı gözlənilir.