Emre Morun yeni komandası müəyyənləşib. 

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını "Hatayspor"da davam etdirə bilər. Futbolçunun klubla rəsmi müqaviləyə imza atması gözlənilir. Bu barədə "Fanatik" məlumat yayıb.

Qeyd edək ki, 27 yaşlı oyunçu ötən mövsüm icarə əsasında çıxış etdiyi "Fatih Karagümrük"də 13 oyunda, "Fənərbağça"da isə 8 matçda meydana çıxıb. Bu qarşılaşmalarda 1 qola və 4 məhsuldar ötürməyə imza atıb.