Joze Mourinyo "Fənərbağça" futbolçularına xəbərdarlıq edib.

Offsideplus.az xəbər verir ki, klubun "Youtube" kanalı portuqal mütəxəssislə bağlı video paylaşıb. Videoda Mourinyonun bu sözləri diqqət çəkib:

"İstanbul möhtəşəm şəhərdir, lakin mən bura gözəl şəhər üçün yox, qazanmaq üçün gəlmişəm. Bura 35 milyonluq "Fənərbağça" azarkeşlərini sevindirməyə gəlmişəm. Qələbə qazanmağa gəlmişəm. Mənim üçün vaxtında olmaq vacibdir. Məşq saat 10:00-da başlayırsa, mən də o saatdan başlayacam. Heç kəs gecikə bilməz. Gecikənlər cəzalandırılır, bu şeylər mənim vecimə deyil".