"Kasımpaşa" klubu Attila Salai ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi macarıstanlı müdafiəçi ilə qarşılıqlı razılaşaraq yollarınıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Salai karyerasını Polşada davam etdirəcək. O, icarə əsasında "Poqon" klubuna keçəcək.
Macar futbolçu müqavilə ilə "Hoffenhaym"a məxsusdu.
Qeyd edək ki, Salai 2021-23-cü illər arasında "Fənərbağça"da çıxış edib.


