"Qarabağ" sabah Çempionlar Liqasının Liqa mərhələsində sonuncu oyununa çıxacaq.
Offsideplus.az xəbər verir ki, budəfəki rəqib güclü "Liverpul"dur.
Bu komanda tarixinə görə "Qarabağ"ın indiyə qədər qarşılaşdığı ən güclü rəqib ola bilər.
Ağdam təmsilçisi indiyə qədər İngiltərə klublarına qarşı 7 oyun keçirib.
Bu görüşlərdə qeydə alınan nəticələr o qədər də ürəkaçan deyil.
Qurban Qurbanovun komandası yalnız bir oyunda heç-heçə edə bilib.
İlk rəqib "Tottenhem" olub:
2015/2016 mövsümü, UEFA Avropa Liqası (Qrup mərhələsi):
"Tottenhem" – "Qarabağ" 3:1 (Londonda keçirilən oyunda Riçard Almeyda hesabı açsa da, rəqib üstünlüyü ələ almışdı).
"Qarabağ" – "Tottenhem" 0:1
2017/2018 mövsümü, UEFA Çempionlar Liqası (Qrup mərhələsi):
"Çelsi" - "Qarabağ" 6:0
"Qarabağ" - "Çelsi" 0:4
2018/2019 mövsümü, UEFA Avropa Liqası (Qrup mərhələsi):
"Qarabağ" - "Arsenal" 0:3
"Arsenal" – "Qarabağ" 1:0
2024/2025 mövsümü, UEFA Avropa Liqası (Liqa mərhələsi):
"Tottenhem" - "Qarabağ" 3:0
Yeganə qazanılan xal isə bu mövsüm keçirilən oyunda alınıb. Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda baş tutan "Çelsi" ilə oyunda Qurban Qurbanovun yetirmələri heç-heçə edib - 2:2.
Ağdam təmsilçisinin qollarını Leandro Andrade və Marko Yankoviç vurub.
"Qarabağ" sabah İngiltərə klublarına qarşı 9-cu, bəlkə də ən vacib oyununa çıxacaq. Görək, təmsilçimiz "Enfild"dən lazımi nəticə ilə qayıda biləcəkmi?


