NBA-in müntəzəm mövsümü davam edir.
Offsideplus.az xəbər verir ki, Los Angeles Lakers səfərdə Chicago Bulls ilə qarşılaşıb.
Kaliforniya təmsilçisi rəqibini məğlub etməyi bacarıb - 129:118.
Luka Donçiç 46 xal, 11 assistlə oynayaraq komandasının qələbəsində mühüm rol oynayıb.
Bu məğlubiyyətlə Chicago Bulls'un 4 oyunluq qələbə seriyası başa çatıb.


