“Real Madrid” klub əfsanələrindən olan Marselonun oğlu Enzo Alves bu gün karyerasında mühüm addım atıb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu Madrid təmsilçisi ilə ilk peşəkar müqaviləsini rəsmən imzalayıb.
Klub daxilində gələcək üçün böyük istedad kimi dəyərləndirilən Enzo Alves “Real Madrid”in uzunmüddətli layihəsinin bir hissəsi hesab olunur. Rəhbərlik onun inkişafına xüsusi önəm verir və gənc hücumçunun yaxın illərdə əsas komandaya qədər yüksələcəyinə ümid edir.
Beləliklə, Enzo Alves atasının yolunu davam etdirərək karyerasını “Real Madrid”də qurmağa başlayır.


