"Barselona" klubu sabiq futbolçusu Abde Ezzalzulini geri qaytarmaq istəyir.
Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Betis"də çıxış edən 24 yaşlı hücumçu ilə maraqlanır.
Abde Ezzalzulinin "Betis"lə 2029-cu ilin yayınadək müqaviləsi var.
Qeyd edək ki, "Barselona"nın yetirməsi cari mövsüm bütün yarışlarda 28 oyuna 9 qol və 7 məhsuldar ötürmə edib.


