"Qarabağ" Misli Premyer Liqasındakı ev oyunlarını da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi fevralın 1-dən etibarən burada oynamağa başlayacaq.
Bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Buna səbəb "Turan Tovuz"un da "Azərsun Arena"da oyunlara çıxmasına görə ot örtüyünün hazırda yaxşı vəziyyətdə olmamasıdır.
Onların buradakı ilk ev oyunu da Tovuz təmsilçisi ilə görüşə təsadüf edəcək. Qarşılaşma fevralın 1-də baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasındakı ev oyunlarını da Respublika stadionunda keçirir.


