Azərbaycanlı FIFA referisi Elçin Məsiyev UEFA-dan yeni təyinat alıb.
Offsideplus.az xəbər verir ki, 34 yaşlı Avropa Liqasının Liqa mərhələsinin son turunda keçiriləcək "Midtyullann" və "Dinamo" (Zaqreb) arasındakı oyunu idarə edəcək. Görüş Danimarkada baş tutacaq.
Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Qeyd edək ki, qarşılaşma yanvarın 29-dan 30-na keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.


