Braziliya millisinin və “Milan”ın sabiq futbolçusu Aleksandr Patonun İngiltərənin üçüncü liqa (League Two) təmsilçilərindən birini satın almaq üçün danışıqlar apardığı bildirilib.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı Pato 2023-cü ildə peşəkar futbol karyerasını başa vurub. Məlumata görə, o, futbolçu karyerası ərzində təxminən 100 milyon avro dəyərində şəxsi sərvət toplayıb.
İddiaları gücləndirən məqam isə Patonun ötən həftəsonu “Kolçester Yunayted”in “Flitvud Taun”u 2:1 hesabı ilə məğlub etdiyi oyunu stadiondan izləməsi olub. Esseks bölgəsində yerləşən klubun hazırda satışda olduğu bildirilir.
Danışıqlar uğurla nəticələnsə, sabiq Serie A hücumçusu yaxın zamanda “Kolçester Yunayted”in yeni sahibi ola bilər.


