Ötən yay "Sumqayıt"dan ayrılan Momo Yansane karyerasını Ermənistanda davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu "Pünik"ə transfer olub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

M. Yansane "Sumqayıt"ı tərk edəndən sonra Kiprin "Omoniya" klubuna qoşulmuşdu.

Qvineyalı hücumçu "kimyaçılar"ın heyətində 16 oyuna çıxıb və 1 qol vurub.