"Barselona"nın, eləcə də dünya futbolunun əfsanəsi futbola geri qayıtmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu Dani Alveş peşəkar futbola qayıtmaq ehtimalını nəzərdən keçirir. Təcrübəli oyunçu Portuqaliyanın “Sao Joao de Ver” klubunda oyunçu-məşqçi kimi fəaliyyət göstərmək variantını dəyərləndirir.

Məlumata görə, Alveş mövsümün sonunadək qeydiyyatdan keçmək üçün bütün son sənədləşmə işlərini şəxsən həyata keçirir. Xatırladaq ki, o, bu Portuqaliya klubunun ortaq sahiblərindən biridir.

Braziliyalı futbolçu eyni zamanda böyük məqsədindən də vaz keçməyib. Dani Alveş bu il Braziliya millisinin heyətində son Dünya Çempionatında iştirak etmək arzusunu hələ də qoruyub saxlayır.

Qeyd edək ki, Alveş uzun illər “Barselona”, “Yuventus”, PSJ və Braziliya milli komandasında çıxışı ilə dünya futbolunun ən titullu oyunçularından biri kimi tanınıb.