"Yuventus"un sabiq futbolçusu Ştefan Lixtştayner "Bazel" klubunun yeni baş məşqçisi təyin olunub.

Offsideplus.az xəbər verir ki, onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Lixtştayner futbolçu kimi 7 qat İtaliya çempionudur. O, İsveçrə yığmasının heyətində 108 oyuna çıxıb.

Qeyd edək ki, "Bazel" hazırda 36 xalla İsveçrə çempionatında 4-cü yerdədir. Onlar liderdən 10 xal geri qalır.