Almaniyanın “Bayern” klubu İngiltərə millisinin hücumçusu Harry Keyn ilə yeni müqavilə mövzusunda rəsmi danışıqlara start verib.

Offsideplus.az xəbər verir ki, müqavilənin müddəti 2028-ci və ya 2029-cu ilin yayına qədər nəzərdə tutulur.

Klubun rəhbərindən Maks Eberl açıqlayıb: “Biz Harri ilə danışıqlardayıq.”

Məlumata görə, Keyn müqaviləsini uzatmağa tam hazırdır. Onun transfer barədə heç bir fikri yoxdur, klubunu, azarkeşlərini və şəhəri sevdiyi bildirilib.