Almaniyanın II Bundesliqasında maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, “Preussen Münster” və “Herta” arasında keçirilən oyunda iki yerli azarkeş meydana daxil olaraq VAR sisteminin kabelini qoparıb. Nəticədə stadiondakı böyük ekran tamamilə sönüb.

Hakim “Herta”nın xeyrinə mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a müraciət etmək istəyərkən azarkeşlər kabeli çıxarıb. Görüntülər əlçatan olmadığı üçün VAR hakimi qərarı özü verməli olub.

Nəticədə “Herta”nın xeyrinə penalti təyin edilib və zərbə qola çevrilib.