İraq Futbol Assosiasiyası 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirakdan imtina etməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, bu qərarın İranın turnirdən rəsmi şəkildə çəkilməsindən sonra gündəmə gəldiyi bildirilir.
Məlumata görə, təhlükəsizliklə bağlı ciddi narahatlıqlar səbəbindən İraq tərəfi komandanın ABŞ-yə səfərinin təhlükəsiz olmayacağını düşünür.
Bildirilir ki, İraq tərəfi daha əvvəl FIFA-dan martın 31-də Meksikada keçirilməsi planlaşdırılan matçın təxirə salınmasını xahiş etmişdi. Lakin hazırda federasiya turnirdən tamamilə çəkilmə variantını ciddi şəkildə nəzərdən keçirir.
Bununla yanaşı, İspaniya, Türkiyə və Almaniya da dünya çempionatının ev sahibi kimi ABŞ-nin seçilməsi ilə bağlı suallar qaldırmağa başlayıb.
Beləliklə, 2026-cı ildə keçirilməsi planlaşdırılan FIFA Dünya Çempionatı 2026 ətrafında vəziyyət getdikcə daha mürəkkəb xarakter almağa başlayır.


