Azərbaycan voleybol yığmasının sabiq üzvü Yelena Parxomenko Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən beynəlxalq yarışa təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, "Qalatasaray"ın oyununda iştirak edəcək.
O, CEV Kubokunun pley-off mərhələsinin yanvarın 27-də İstanbulda təşkil olunacaq "Qalatasaray" – "Allianz MTV" (Almaniya) qarşılaşmasında supervayzer kimi hakimlərin işini qiymətləndirəcək.
Oyunun baş hakimləri portuqaliyalı Nuno Maya və kiprli Andreas Daniil olacaq.
Qeyd edək ki, Y. Parxomenko hazırda Azərbaycanın kişilərdən ibarət voleybol yığmasının meneceridir.


