Fransanın “Lion” klubu gənc hücumçu Endrikin icarə müqaviləsini uzatmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Paulo Fonseka rəhbərliyə müraciət edərək futbolçunun daha uzun müddət komandada saxlanılması üçün mümkün olan bütün addımların atılmasını istəyib.

“Lion” Endrikin performansından razıdır və onu layihənin vacib hissəsi kimi görür. Klub rəhbərliyi hazırda futbolçunun icarə müddətinin artırılması ilə bağlı variantları nəzərdən keçirir.