"Çelsi"nin gənc ulduzu və İngiltərə millisinin üzvü Koul Palmerin London klubundakı parlaq çıxışına baxmayaraq, "zadəganlar"dan ayrılmağı düşündüyü bildirilir.
Offsideplus.az xəbər verir ki, Palmer Londondakı həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkir və özünü burada xoşbəxt hiss etmir. Bu narahatlıq onun karyerasında yeni bir səhifə açmaq istəyinə səbəb olub. Futbolçunun əsas hədəfinin isə "Mançester Yunayted" olduğu qeyd edilir. Palmerin uşaqlıqdan bu kluba azarkeşlik etməsi, onun "Old Trafford"a keçid ehtimalını daha da gücləndirir.
Maraqlı məqamlardan biri də Palmerin keçmiş klubu ilə bağlıdır. Gənc yarımmüdafiəçi Mançesterə qayıtmağa müsbət baxsa da, bu, "şəhərlilər"ə şamil olunmur. Səbəblər:
- Pep Quardiola faktoru: O, Qvardiola komandanın başında olduğu müddətdə "Mançester Siti"yə qayıtmağı qətiyyən düşünmür.
- Ayrılıq səbəbi: Futbolçunun vaxtilə kifayət qədər oyun şansı qazanmadığı üçün klubdan ayrılması tərəflər arasındakı münasibətlərin soyuq qalmasına səbəb olub.
Hələlik "Çelsi" rəhbərliyi bu iddialara rəsmi münasibət bildirməyib. Lakin Palmerin komandanın əsas aparıcı qüvvəsi olduğunu nəzərə alsaq, London klubunun onu asanlıqla buraxmayacağı dəqiqdir.


