"Liverpul"un klubdan ayrılması gözlənilən ulduzu komandada qalacaq.

Offsideplus.az xəbər verir ki, Endryu Robertsonun “Liverpul”dan ayrılması gündəmdə deyil. Klub rəhbərliyi “Tottenhem”ə futbolçunun transferinin nəzərdən keçirilə bilməyəcəyini açıq şəkildə bildirib.

“Qırmızılar” Robertsonun yerini doldura biləcək alternativlərin hazır olmaması səbəbindən transferə icazə vermək niyyətində deyil.

Eyni zamanda “Liverpul”un Kostas Tsimikası “Roma”dakı icarədən geri çağırmaq variantını da dəyərləndirdiyi, lakin İtaliya klubunun buna isti yanaşmadığı bildirilir.