“Komandada hazırda iki zədəli futbolçu var - Pavol Şafranko və Coy-Lens Mikels”.
Bu barədə Offsideplus.az saytına açıqlamasında Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.
Klub rəsmisi zədəlilərin son durumunu açıqlayıb:
“Şafranko komanda ilə məşqlərə mart ayından başlayacaq. Mikels isə məşqdə zədə alıb, növbəti oyuna qədər sıraya qayıdıb qayıtmayacağı hələ ki bəlli deyil”.
Həmidov transferlərlə bağlı məsələyə də toxunub: “Hələ ki, hər hansı yenilik yoxdur. Bu istiqamətdə hər hansı yenilik olsa, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, hazırda 40 xalı olan “bayquşlar” turnir cədvəlinin lideridir.


