"Real Madrid"in braziliyalı hücumçusu Vinisius Junior klub rəhbərliyinə xəbərdarlıq edib.
Offsideplus.az xəbər verir ki, futbolçu deyib ki, əgər onun müqavilə məsələsi aprelinədək həll olunmasa, komandadan ayrılacaq.
Məlumata görə, PSJ sahibi Nasser əl-Xelayfi futbolçunu transfer etməkdə çox maraqlıdır. Vinisius Juniorun təxminən 30 milyon avro maaş tələb etdiyi bildirilir.


