“Vest Hem” Premyer Liqada mövsümü xilas etmək uğrunda mübarizəni Lukas Paketa olmadan davam etdirməli olacaq.

Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi doğma ölkəsinə qayıtmağa yaxındır.

Məlumata görə, “Flamenqo” klubu 28 yaşlı futbolçunun transferi üçün “Vest Hem”lə 41.2 milyon avro məbləğində şifahi razılıq əldə edib. 

Lukas Paketa “Vest Hem”in heyətində 3 il yarım çıxış edib. Bu müddət ərzində o, klubun heyətində 23 qol vurub və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

“Milan”dan transfer olunduqdan sonra London təmsilçisinin əsas ulduzlarından birinə çevrilən Paketanın gedişi “Vest Hem” üçün itki hesab olunur.