Misli Premyer Liqasının XVII turunda "Kəpəz"lə (0:2) oyunda zədələnən “Qarabağ”ın futbolçusu Bədavi Hüseynovun səhhəti ilə bağlı son durum bəlli olub.

Bu barədə Offsideplus.az saytına açıqlamasında klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O bildirib ki, futbolçunun hazırki vəziyyəti yaxşıdır və müdafiəçi komanda ilə Liverpula yollanır.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun "Liverpul" - "Qarabağ" oyunu yanvarın 28-dən 29-na keçən gecə baş tutacaq. Matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.