“Arsenal”da son dövrlər hücum xəttində ciddi problemlər müşahidə olunur.

Offsideplus.az xəbər verir ki, komandanın əsas oyunçularının statistikasındakı geriləmə diqqət çəkir:

  • Bukayo Saka bütün turnirlər üzrə keçirdiyi son 13 oyunda qol vura bilməyib.
  • Viktor Gökeres Premyer Liqada son 11 oyununda penalti istisna olmaqla qol qeyd etdirməyib.
  • Qabriel Martinelli Premyer Liqada ardıcıl 13 oyundur qol həsrəti çəkir.
  • Noni Madueke son 1 il ərzində Premyer Liqada nə qol, nə də assistlə yadda qalıb.
  • Leandro Trossard bütün turnirlər üzrə son 11 oyunda cəmi 1 qol vurub.


Bu göstəricilər “topçular”ın hücum potensialında ciddi eniş yaşandığını və komandanın qarşıdakı oyunlar öncəsi həllini tapmalı olduğu problemlərin mövcudluğunu ortaya qoyur.