Braziliyalı hücumçu Endrik “Lyon”a qoşulduqdan sonra klubun "YouTube" kanalı və sosial media göstəricilərində ciddi artımlar müşahidə olunur:
Offsideplus.az xəbər verir ki, buna aşağıdakılar daxildir:
- Onun gəlişindən sonra “Lyon” oyunlarının xülasələri klubun "YouTube" kanalında ən çox izlənilən videolara çevrilib.
- Dünən Metz – Lyon oyunu Braziliyada 600,000-dən çox izləyici tərəfindən canlı izlənilib.
- “Lyon” oyunları CazéTV-də PSJ oyunlarından iki dəfə çox izləyici toplayır.
- Sosial mediada isə yalnız bir ay ərzində 450,000 yeni izləyici qazanılıb.
Klub rəhbərliyi Endrikin gəlişinin həm meydançada, həm də rəqəmsal platformalarda böyük uğur gətirdiyini bildirir.


