"Avstraliya Open" turnirində ilk yarımfinalçılar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, kişilərdə Aleksandr Zverev, qadınlarda isə Arina Sabalenka bunu bacarıb.
Zverev 1/4 finalda amerikalı Lyorner Tyen məğlubiyyətə uğradıb - 6:1, 6:7 (5), 6:1, 7:6 (3).
Dünya 1 nömrəsi Sabalenka isə 18 yaşlı İva Yoviçə cəmi 3 xal verib - 6:3, 6:0.
Bu gün daha iki yarımfinalçı məlum olacaq. Karlos Alkaras ev sahibi Aleks De Minaurla görüşəcək. Duelin qalibi yarımfinalda Zverevin rəqibi olacaq.
Koko Qauff - Elina Svitolina matçının qalibi isə Sabalenkanın qarşısına çıxacaq.
Turnir fevralın 1-də yekunlaşacaq.


