“Qalatasaray” transfer çalışmalarını sürətləndirib.
Offsideplus.az “NTV Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi kolumbiyalı futbolçu Yaser Asprillanın transferini reallaşdırmaq üzrədir.
22 yaşlı futbolçu bu gecə İstanbula gələcəyi bildirilir.
O, Noa Langdan sonra “Qalatasaray”ın ara transfer dövründə heyətinə qatacağı ikinci futbolçu olacaq.
Qeyd edək ki, Yaser Asprilla bu mövsüm “Girona” forması ilə 17 oyunda meydana çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. Gənc futbolçunun transfer dəyəri təxminən 12 milyon avro olaraq göstərilir.


