Türkiyə Superliqasında 2025–2026 mövsümünün həyəcanı davam edir.
Offsideplus.az xəbər verir ki, çempionatın 19-cu turunda Domeniko Tedeskonun rəhbərlik etdiyi “Fənərbağça” doğma meydanda Stanimir Stoilovun çalışdırdığı “Göztəpə”ni qəbul edib.
Hakim Cihan Aydının idarə etdiyi qarşılaşma İstanbulda, Şükrü Saraçoğlu stadionunda baş tutub və 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı 17-ci dəqiqədə Dorgeles Nene açaraq “Fənərbağça”nı önə çıxarıb. Qonaqlar isə 24-cü dəqiqədə Jandersonun qolu ilə bərabərliyi təmin ediblər.
Turda qələbə qazanan lider “Qalatasaray” fonunda iki xal itirən “Fənərbağça”nın xalı 43-ə yüksəlib.
Sarı-lacivərdlilər turnir cədvəlində liderdən 3 xal geri qalır.


