Türkiyə Super Liqasının 19-cu turunda “Qalatasaray” səfərdə “Fatih Karagümrük”lə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, matç qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İstanbul təmsilçisinin heyətində Qabriel matçın 1-ci dəqiqəsində fərqlənib. Meydan sahibləri 27-ci dəqiqədə Barış Kalaycının qolu ilə hesaba tarazlıq gətirib.

"sarı-qırmızılar” ikinci hissədə hesabda yenidən irəli çıxıblar.

Qabriel 51-ci dəqiqədə dubla imza atıb. 55-ci dəqiqədə Viktor Osimhen matçdakı son qolun müəllifi olub.